YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əbülfəs Qarayev: Azərbaycan ilə Türkiyə arasında mədəniyyət və turizm sahəsində əlaqələr daha da inkişaf edəcək

Azərbaycan ilə Türkiyə arasında mədəniyyət və turizm sahəsində əlaqələr daha da inkişaf edəcək. Türkiyənin mədəniyyət və turizm nazir Ömər Çeliklə görüşdə bununla bağlı geniş müzakirələr apardıq.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində bu barədə danışıb.
Nazir deyib: “Biz mədəniyyət və turizm sahəsində müxtəlif layihələrin həyata keçirilməsi, proqramlarım tərtib edilməsi ilə məşğul olacaq işçi qrup yaratmaq qərarına gəldik”.
Ə.Qarayev bildirib ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq ölkəmizdə Türkiyə Mədəniyyəti Günləri keçirilir. Bir həftə ərzində bizi böyük mədəniyyət proqramı gözləyir. Bu proqram geniş spektri əhatə edir: kino, teatr, rəqslər, sərgilər, konsertlər.
Nazir deyib: “Biz bir-birimizi yaxşı tanıyırıq, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınıq. Lakin müxtəlif mədəniyyət proqramları və tədbirləri vasitəsilə bu yaxınlığı qoruyub saxlamaq və inkişaf etdirmək lazımdır”.