YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Albaniyanın sabiq liderləri Bakıya gələcəklər

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri Rumıniyanın paytaxtı Buxarestdə Albaniyanın sabiq liderləri ilə xüsusi toplantı keçiriblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, toplantıda Mərkəzin üzvləri - Albaniyanın sabiq Prezidenti və sabiq Baş naziri Sali Berişa, bu ölkənin digər keçmiş dövlət başçısı Recep Meydani ilə müzakirələr aparılıb.
Görüşdə III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq, Albaniya-Azərbaycan mədəni münasibətlərinin inkişafında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rolu və sabiq prezidentlərin verə biləcəyi töhfələrdən söhbət açılıb. Müzakirələrin nəticəsi olaraq Mərkəz ilə birgə Albaniyada müxtəlif layihələrin həyata keçirilməsi razılaşdırılıb.
Albaniyanın müstəqilliyi dövründə çalışmış sabiq liderlər Mərkəzin dəvətini qəbul edərək 2015-ci il ilin aprel ayında Bakıda keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak edəcəklərini bildiriblər.