YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Göyçay rayon təşkilatında ərazi ilk partiya təşkilatlarının sədrlərinin iştirakı ilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) Göyçay rayon təşkilatında ərazi ilk partiya təşkilatlarının sədrlərinin iştirakı ilə tədbir keçirilib.

Tədbiri açan Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bildirib ki, bu tədbirin keçirilməsində məqsəd partiyanın ərazi ilk partiya təşkilatlarınin işinin daha da gücləndirilməsi ilə əlaqədardır.

Çıxış edən YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın sürətlə inkşaf etdiyini, iqtisadiyyatın artması, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində mühüm işlərin görüldüyünü söyləyib. Bildirilib ki, ölkəmizin imicinə zərbə vurmaga calışan , sürətli inksafa xələl gətirən daxili və xarici qüvvələrə qarşı sosial şəbəkələrdə hər bir partiya üzvü, vətənpərvər vətəndaş layiqli cavab verməlidir. Xalqımızın radikal müxalifətin ölkəmizdə sabitliyi pozmaga yönəlmiş fəaliyyətlərini, icazəsiz aksiyalarını qətiyyətlə pislədiyini qeyd edən təşkilat sədri hec bir qüvvənin ölkədəki sabitliyi poza bilməyəcəyini bəyan etdi.

Tədbirdə Ləkçıplaq kənd İ.Ə.D üzrə nümayəndəliyi yaninda ərazi ilk partiya təşkilatının sədri Aydın Əliyev,Rayon Mərkəzi Xəstəxana yaninda ərazı ilk partiya təşkilatının üzvü Leyla Əhmədova, şəhər 2 saylı tam orta məktəb yanıda ərazi İlk partiya təşkilatının sədri Rəşad Kərimov , Dövlət İdarəetmə və Texnalogiya kolleci yaninda ərazi ilk partiya təşkilatının sədri Səbinə Qurbanova və başqaları cixış edərək radikal müxalifətin ölkədəki sabitliyi pozmaga yönəlik icazəsiz aksiyalarını, onların antiazərbaycançı fəaliyyətlərini qətiyyətlə pislədiklərini qeyd ediblər.

Natiqlər, partiyamızın üzvlərinin Azərbaycanın qazandığı nailiyyətləri insanlar arasında geniş təbliğ etmək işini fəal şəkildə davam etdirməli və o cümlədən, ölkəmizə qarşı qarayaxma kampaniyası aparanlara qarsi mübarizədə daha fəal olmalı olduqlarını bildiriblər.

Sonda qarşıda duran vəzifələrlə əlaqədar ərazi ilk partiya təşkilat sədrlərinə tövsiyə və tapşırıqlar verilib.

 

DİGƏR Partiya xəbərləri Arxiv