YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın vitse-prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Beynəlxalq Antikorrupsiya Akademiyasına üzv dövlətlərin Assambleyasının 3-cü sessiyasının işində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikasının vitse-prezidenti xanım Marqarita Popovanı qəbul edib.
Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi, əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı.
Bolqarıstan Respublikasının vitse-prezidenti xanım Marqarita Popova Beynəlxalq Antikorrupsiya Akademiyasına üzv dövlətlərin Assambleyasının 3-cü sessiyasının yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirdi. O, Azərbaycan Prezidentinin konfransa ünvanlandığı müraciətin əhəmiyyətini xüsusi vurğuladı.
Söhbət zamanı Beynəlxalq Antikorrupsiya Akademiyasına üzv dövlətlərin Assambleyasının 3-cü sessiyasının Bakıda keçirilməsinin önəmi qeyd olundu, sessiyada müzakirə edilən məsələlərin bu sahədə qarşılıqlı təcrübə mübadiləsinin aparılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu. 

 

DİGƏR Xəbərlər Arxiv