YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Süleymanov: Bu ilin doqquz ayında kənd təsərrüfatının 7 faiz artması mühüm göstəricidir

“Azərbaycanda  qeyri-neft sektorunun aparıcı istiqamətlərindən olan aqrar sahə uğurla inkişaf edir. Bu ilin doqquz ayı ərzində kənd təsərrüfatının 7 faiz artması bunu bir daha təsdiqləyir”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Tahir Süleymanov deyib.

T.Süleymanov bildirib ki, bu ilin doqquz ayında kənd təsərrüfatının 7 faiz artması mühüm göstəricidir.  Fəal məşğul əhalinin 40 faizdən çoxunun bölgələrdə yaşaması bütün respublika boyu kənd təsərrüfatının qarşısında geniş inkişaf perspektivləri açır. Onun sözlərinə görə, dövlət tərəfindən göstərilən davamlı dəstək hesabına ölkənin qeyri-neft məhsulları üzrə ixrac imkanlarını əhəmiyyətli dərəcədə artırmaq mümkündür.

“Bu gün Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində olduqca münbit bir şərait yaradılıb. Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu və bu gün hörmətli Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi aqrar siyasət kursunun nəticəsi olaraq bu sahədəki boşluqlar aradan qaldırılıb, kənd təsərrüfatının inkişafı ilə bağlı mühüm sənədlər, o cümlədən ərzaq təhlükəsizliyi və regionların sosial-iqtisadi inkişafı haqqında Dövlət proqramları təsdiq olunub. Bu proqramlar Azərbaycanın ərzaq təhlükəsizliyinin təminatı istiqamətində atılmış mühüm addımlardır. Bu gün ölkəmizdə ərzaq təhlükəsizliyi məsələsi ölkə əhalisini təmin edəcək həcmdə məhsulun istehsalı və emalı potensialının mövcudluğu, ölkə əhalisi tərəfindən istehlak edilən ərzağın keyfiyyəti, dövlət əhəmiyyətli strateji ərzaq məhsullarının ölkədaxili istehsalı kimi komponentləri özündə birləşdirir”-deyə, T.Süleymanov vurğulayıb.