YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın xarici işlər naziri Vyanaya yola düşmüşdür

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Avstriyanın paytaxtı Vyanaya yola düşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, səfərin məqsədi mayın 5-6-da Vyanada keçiriləcək Avropa Şurası Nazirlər Komitəsinin 124-cü sessiyasında iştirak etməkdir.

Sessiyada Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik Avstriyadan Azərbaycana keçəcəkdir.

Sessiya çərçivəsində nazir Elmar Məmmədyarovun çıxışları və ikitərəfli görüşləri nəzərdə tutulmuşdur.  

 

 

DİGƏR Xəbərlər Arxiv