YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramin Quluzadə: Cari ildə 2 mindən çox startapçı “I2B – İdeyadan Biznesə” layihəsinə qoşulub

Cari ildə 2 mindən çox startapçı “I2B – İdeyadan Biznesə” layihəsinə qoşulub. Bu, layihənin gənclər arasında böyük marağa səbəb olduğunu və uğurla həyata keçirildiyini göstərir.

Bu sözləri oktyabrın 18-də Heydər Əliyev Mərkəzində “I2B – İdeyadan Biznesə” layihəsinin yekun final mərasimində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə deyib.

“Nazirliyin fəaliyyət istiqamətlərindən biri də innovativ inkişafa dəstək verməkdir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılan İnnovasiyalar Agentliyi startapçılara öz ideyalarını reallaşdırmağa dəstək olur. Startap hərəkatını genişləndirmək, gənclər arasında innovativ düşüncə tərzini inkişaf etdirmək, onları aktiv şəkildə bu prosesə cəlb etmək üçün müxtəlif layihələr, təlimlər, müsabiqələr keçirilir. Paytaxt Bakı və regionlarda keçirilən “I2B – İdeyadan Biznesə” startap turları da bu məqsədlərə xidmət edir”, – deyə nazir bildirib.