YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Yeni Azərbaycan Partiyası ötən 22 ildə ümumxalq partiyasına çevrilib

«Yeni Azərbaycan Partiyası ötən 22 ildə ümumxalq partiyasına çevrilib, bu müddətdə Azərbaycanın inkişafı naminə çalışıb». Bu fikri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib. 

E.İbrahimov bildirib ki, partiya Azərbaycan ağır durumunda yaranıb. Onun sözlərinə görə, həmin dövrlərdə Azərbaycanın gələcəyini düşünən 91 ziyalı “Səs” qəzetində Ulu öndər Heydər Əliyevə belə bir partiyanın yaradılması üçün  müraciət edib.

«Bundan sonra Naxçıvanda 550 nümayəndənin iştirakı ilə 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Yeni Azərbaycan Partiyası ümummilli partiyadır. Bu gün partiyamız Azərbaycanın həyatında mühüm rol oynayır. YAP Azərbaycanda  siyasi palitraya siyasi mədəniyyət gətirdi. Təsadüfi deyil ki, bu gün partiya üzvlərinin sayı 630 mindən çoxdur. Bu xalqımızın Heydər Əliyev ideyalarına sadiqliyinin və Prezident İlham Əliyevin siyasətini dəstəkləməsinin göstəricisidir»- deyə,  E.İbrahimov vurğulayıb.