YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Əsas gözləntimiz türk dövlətlərinin birliyinin daha da gücləndirilməsindən ibarətdir

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçiriləcək növbəti zirvə görüşündən əsas gözləntimiz türk dövlətlərinin birliyinin daha da gücləndirilməsindən ibarətdir. Bu ideyanın möhkəmlənməsində Azərbaycan öz üzərinə böyük missiya götürüb. Bu toplantının Bakıda keçirilməsi də bundan xəbər verir”. Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədovun sözlərinə görə,  çalışmaq lazımdır ki, türkdilli ölkələr arasında iqtisadi və siyasi əlaqələr daha da genişlənsin. Bunun üçün kifayət qədər istək və qarşılıqlı maraq var. İqtisadi və siyasi əməkdaşlıq, siyasi dialoq nəticəsində türk birliyi ideyasının daha da güclənəcəyinə ümid edirik.

“Hesab edirəm ki, türk milli dövlətlərinin əməkdaşlığı və bu əməkdaşlığın kifayət qədər möhkəm olması onların hər birinin milli maraqlarının həyata keçirilməsinə ciddi dəstək deməkdir. Hesab edirəm ki, bütün bunların hamısı Bakıda keçirilən zirvə toplantısında müzakirə olunacaq”-deyə, Baş nazirin müavini vurğulayıb.