YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüsal Qasımlı: Azərbaycan dünyada ikinci dəfə rəqəmsal ticarət qovşağını yaradan ölkədir

Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan təkcə nəqliyyat, logistika, neft-qaz layihələrini deyil, rəqəmsal təşəbbüsləri də dəstəkləyir.

Bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təşkilatçılığı ilə oktyabrın 9-da Bakıda keçirilən “Rəqəmsal ticarət forumu: İpək Yolunun rəqəmsallaşması” mövzusunda üçüncü beynəlxalq konfrans zamanı jurnalistlərə müsahibəsində İİTKM–in icraçı direktoru Vüsal Qasımlı deyib.

O bildirib ki, Azərbaycan dünyada ikinci dəfə rəqəmsal ticarət qovşağını yaradan ölkədir. Eyni zamanda, Dünya İqtisadi Forumunun 4-cü sənaye inqilabı mərkəzi ilə yaxından əməkdaşlıq qurulub: “Ölkəmizdə həm dövlət, həm də özəl sektor hazırda Böyük İpək Yolunun rəqəmsallaşması istiqamətində fəaliyyət göstərir. Çindən başlamış Avropaya qədər müxtəlif ölkələrdə bu istiqamətdə bizim əməkdaşlığımız davam edir. Azərbaycanda Elektron Hökumət portalı tam funksionaldır və elektron hökumət çərçivəsində elektron kənd təsərrüfatı, elektron kadastr, elektron həllər mövcuddur. Eyni zamanda, elektron məhkəmə sistemi də artıq funksionaldır”.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Azərbaycandakı rəqəmsallaşma istiqamətindəki nailiyyətlərin bu gün dünyanın diqqət mərkəzində olduğunu, Böyük İpək Yolu üzərində yerləşən ölkələrin 200-dək nümayəndəsinin bu gün Azərbaycanda Böyük İpək Yolunun rəqəmsallaşması ilə bağlı müzakirələr apardığının heç də təsadüfi olmadığını vurğulayıb.