YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əsədov: Müasir Azərbaycan müstəqillik illərində böyük uğurlar qazanıb

Milli Məclisin oktyabrın 8-də keçirilən iclasında Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Əli Hidayət oğlu Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsinə razılıq verilməsi barədə məsələ müzakirə edilib.

Milli Məclis Əli Əsədovun Azərbaycanın Baş Naziri vəzifəsinə təyin olunmasına razılıq verib.

Müzakirələrdən sonra çıxış edən Əli Əsədov ona göstərilən bu yüksək etimada görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib. Qeyd edib ki, müasir Azərbaycan müstəqillik illərində böyük uğurlar qazanıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı titanik inkişaf yolu keçib. Dövlətimizin başçısının rəhbərliyi ilə bir sıra qlobal layihələr reallaşdırılıb. Qeyri-neft sektoru inkişaf edir. Azərbaycan kosmik ölkələr ailəsinə daxil olub.