YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Nəsimi rayon təşkilatı ərazi ilk partiya təşkilatları sədrlərinin müşavirəsi keçirilib

Oktyabrın 4-də Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı ərazi ilk partiya təşkilatları sədrlərinin müşavirəsi keçirilib.

Müşavirəni açan YAP Nəsimi rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlarından, Yeni Azərbaycan Partiyasının cəmiyyətdə artan nüfuzundan bəhs edib. O qeyd edib ki, YAP Nəsimi rayon təşkilatında 102 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir.

Çıxış edən YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük uğurlara imza atır. Ölkəmizin müstəqil siyasət həyata keçirdiyini deyən S.Novruzovun sözlərinə görə, Azərbaycan heç bir dövlətin, beynəlxalq təşkilatın diqtəsi ilə hərəkət etmir: “Əksinə, Azərbaycan regionun lider dövləti olaraq, bölgədəki proseslərdə aparıcı rol oynayır. Eyni zamanda, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edən əsas ölkələrdən biridir. Bir sözlə, Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət Azərbaycanı daha da gücləndirir. Dövlətimizin başçısının Soçidə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi bəyanat isə dünya üçün bir mesajdır”.

S.Novruzov bildirib ki, Yeni Azərbaycan Partiyasının fəalları görülən işləri insanlar arasında ciddi şəkildə təbliğ etməlidir. YAP-ın 8 minə yaxın ərazi ilk partiya təşkilatlarının olduğunu deyən natiq burada birləşən üzvlərin birbaşa vətəndaşlarla təmasda olduğunu qeyd edərək təbliğat işinin güclənmdirilməsini vacib hesab edib. Çünki Azərbaycanı gözü götürməyən dairələr öıkəmizin əleyhinə qarayaxma kampaniyası aparırlar. “İnformasiyanı insanlara iki formada daha sürətli çatdırmaq olur. Biri canlı şəkildə, digəri isə sosial şəbəkələr vasitəsilə. Artıq bu baxımdan sosial şəbəkələr daha öndədir. Bu imkanlardan istifadə olunaraq cəmiyyətdə qarşılıq yaratmaq istəyənlər var. Onların arxasında bəzi xarici dairələr dayanır. Həmin insanları maliyyələşdirənlər sırasında erməni lobbisi xüsusi yer tutur. Xaricdəki mühacir azərbaycanlılar  Azərbaycanda aparılan işlərə - islahatlara, abadlıq-quruculuq işlərinə kölgə salmağa cəhd edirlər. Onlar yalan məlumatlar yaymaqla məşğuldurlar. Lüksenburqda “Qarabağ” futbol klubunun oyununda baş verən erməni təxribatı zamanı onların səsi çıxmadı, həmin təxribata etiraz etmədilər. Çünki erməni lobbisi tərəfindən maliyyələşirlər”-deyə, YAP İcra katibinin müavini vurğulayıb.

S.Novruzov qeyd edib ki, bu gün Azərbaycanda sabitlik hökm sürür. Amma ölkəmizin güclənməsini istəməyənlər bu sabitliyi pozmağa çalışırlar. Ona görə də, partiyamızın fəalları, o cümlədən ərazi ilk partiya təşkilatları öz işini daha da gücləndirməlidir.

Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Asif Əsgərov ölkəmizdə, o cümlədən Nəsimi rayonunda həyata keçirilən quruculuq işlərindən bəhs edib, bu prosesdə ərazi ilk partiya  təşkilatlarının üzərinə düşən vəzifələrdən danışıb.

DİGƏR Partiya xəbərləri Arxiv