YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Xaçmaz rayon təşkilatı və təşkilatın Gənclər Birliyi Beynəlxalq Ahıllar günü ilə bağlı sosial aksiya keçirib

Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatı və təşkilatın Gənclər Birliyi 1 oktyabr Beynəlxalq Ahıllar günü ilə bağlı sosial aksiya keçirib.

Aksiya çərçivəsində YAP Xaçmaz rayon təşkilatının fəalları rayonda yaşayan ahıl, kimsəsiz və qayğıya ehtiyacı olan insanları ziyarət edib, onlara maddi dəstək göstəriblər.

Aksiyada iştirak edən partiya fəallar bildiriblər ki, sosial dövlət olan Azərbaycanda vətəndaşlara qayğı, onların sosial müdafiəsinin gücləndirilməsi həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətidir. Qeyd olunub ki, ilin əvvəlindən bəri ölkə vətəndaşlarının həyat səviyyəsinin daha da yüksəldilməsinə, onları narahat edən müxtəlif sosial məsələlərin həllinə yönələn çoxlu sayda Fərman və sərəncamlar imzalanıb. Bu sırada şəhid ailələrinə birdəfəlik ödəmələrin verilməsi, problemli kreditlər məsələsinin həllini tapması, bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi, əməkhaqlarının, pensiyaların, tələbə təqaüdlərinin, müavinətlərin artırılması və digər bu qəbildən olan tədbirlər bir daha sübut edir ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində ölkə vətəndaşının mənafeyi dayanır.
Öz növbəsində ahıllar  YAP-ın bu təşəbbüsünü yüksək qiymətləndirib, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.