YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Binəqədi rayon təşkilatının kollektivi ahılları ziyarət etdilər

30 sentyabr 2019-cu il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının bir qrup əməkdaşı və gənc fəalı 1 Oktyabr – Beynəlxalq Ahıllar Günü ilə bağlı Binəqədi rayonunda yaşayan aztəminatlı ahıl ailələrə baş çəkərək onlara sovqatlar təqdim etdilər.

Ziyarət zamanı Binəqədi rayonunun bütün qəsəbə və sahə inzibati ərazi dairələri üzrə aztəminatlı ahıl ailələr müəyyən edilərək evləri ziyarət edildi, onların qayğıları ilə maraqlanıldı, gənc fəllar tərəfindən yardım məqsədilə evlərində təmizlik, səliqə-səhman işləri görüldü. Ahıl insanlara bayram sovqatları, ərzaq bağlamaları təqdim edildi.

Görüş zamanı ahıllar ziyarətdən məmnun olduqlarını, onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti, YAP-ın sədri cənab İlham Əliyevə təşəkkür etdilər. Qeyd olundu ki, ölkəmizdə ahıl insanlara, aztəminatlı ailələrə daim yardımlar edilir, onların sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində dövlət proqramlar həyata keçirilir.