YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyinin nümayəndəsi Sankt-Peterburqda VII Rusiya-Azərbaycan Gənclər Forumunda iştirak edir

Rusiya Federasiyasının Sankt-Peterburqda VII Rusiya-Azərbaycan Gənclər Forumu keçirilir. 23-25 sentyabr tarixlərində keçiriləcək forumda Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin nümayəndəsi Şəfəq Əhmədova da iştirak edir.

Forumun ilk iş günündə Ş.Əhmədova “Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşmasının perspektivləri” movzusunda geniş məruzə edib. Daha sonra Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda diskussiyada iştirak edib, auditoriyanı maraqlandıran suallara cavab verib.

Qeyd edək ki, forumda “Gənclərin yaradıcı inkişafı üçün beynəlxalq layihələr. Mədəniyyət və mədəniyyətlərarası dialoqun təşviqi”, “Gənclər üçün biznes. Sosial sahibkarlıq”, “Qeyri-rəsmi təhsil və gənclərin QHT-lərinin bu istiqamətin inkişafındakı rolu”, “Davamlı inkişaf məqsədləri”, “Müasir media məkanı” mövzularında sessiyalar təşkil edilib.

Bölmə iclaslarında iştirak edənlər Rusiya və Azərbaycan gəncləri arasında əməkdaşlığın inkişafı üçün birgə təkliflər hazırlayacaqlar.

Forum çərçivəsində Sankt-Peterburqun Gənclər mərkəzləri ilə tanışlıq olacaq və bu şəhərdəki Azərbaycan diasporunun gənc nümayəndələri ilə görüşlər keçiriləcək.