YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Laçın rayon təşkilatında ərazi ilk partiya təşkilatı sədrlərinin iştirakı ilə yığıncaq keçirilib

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov  rayon təşkilatının qərargahında  bir qrup ərazi ilk partiya təşkilatının sədri ilə görüş keçirdi.

Görüşdə Yeni Azərbaycan Partiyasının Sədr müavini- icra katibi Əli Əhmədovun partiyanın rayon və şəhər təşkilatlarının sədrləri ilə keçirdiyi müşavirədə qaldırılan məsələlər diqqətə çatdırılıb. Bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. İşlərin bundan sonra da uğurla və səmərəli şəkildə davam etdirilməsini tövsiyyə edib. İlqar İlyasov onları daha fəal olmağa, ölkəmizin ictimai-siyasi proseslərində ayıq-sayıq olmağa çağırıb. Bildirib ki, dövlət başçısının ətrafında daha da sıx birləşməli, ölkəmizin uğurlarını, inkişafını gözügötürməyən qüvvələrə qarşı daim mübariz olmalıyıq. Bu baxımdan ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin siyasi fəaliyyətini, təbliğatını həyata keçirən siyasi partiya olaraq Yeni Azərbaycan Partiyasının və onun ərazi ilk partiya təşkiatlarının üzərinə böyük məsuliyyət düşür. Təşkilat sədrlərini bu istiqamətdə daha fəal olmağa səsləyib. İlqar İlyasov  çıxışında sosial şəbəkələrin, sosial medianın günümüzdə yeri və roluna da toxunub. Odur ki, bu işlərin  bundan sonra da davam etdirilməsinin və bütün üzvlərin bu təbliğat işlərinə  qoşulmasının vacibliyini vurğulayıb.