YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Qafqazın təhlükəsizliyi, inkişafı və tərəqqisi bizim ümumi qayğımızdır

“Dini dözümlülük, tolerantlıq məsələlərini müzakirə edən beynəlxalq konfransda iştirak edirsiniz. Bu, bizim regionumuzda, bütövlükdə dünyada, Yaxın Şərqdə və Avropada hazırda çox mühüm mövzudur. Azərbaycan öz tərəfindən müxtəlif dinlərin nümayəndələri və xalqlar arasında daha çox anlaşma olması üçün səy göstərir. Biz müntəzəm tədbirlər keçiririk. Dini həmrəylik və tolerantlıq mövzusunda dörd dəfə Beynəlxalq Humanitar Forum keçirmişik. Bu, əsas mövzudur. İki dəfə Mədəniyyətlərarası Dialoq üzrə Beynəlxalq konfrans keçirmişik. Həmçinin Bakıda dünya dinləri rəhbərlərinin Sammitini keçirmişik. Yəni, tarixi, coğrafi mövqeyi və bugünkü reallıqlar nəzərə alınmaqla Azərbaycan bu istiqamətdə mühüm rol oynayır.” Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dini tolerantlığın möhkəmləndirilməsi: (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)” mövzusunda beynəlxalq konfransda iştirak edən Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri ilə görüşündə səsləndirib.

Prezident İlham Əliyev bildirmişdir ki, bizi təhlükəsizlik, sülh məsələləri birləşdirir. Qafqazda bunlar bizim ümumi mövzularımızdır. Qafqaz bizim ümumi evimizdir. Qafqazın təhlükəsizliyi, inkişafı və tərəqqisi bizim ümumi qayğımızdır. Dini liderlərin rolu gənc nəslin bizim ənənələrimiz və əməkdaşlıq ruhunda tərbiyəsi baxımından, eləcə də ağsaqqalların, dini rəhbərlərin tövsiyələrinin mötəbər sayılması cəhətdən çox böyük əhəmiyyət kəsb edir. Biz də bu ənənələri qoruyub saxlamalı və möhkəmləndirməliyik. Bizim respublikaların gəncləri dini, milli ənənələrimiz ruhunda böyüməlidirlər. Bizim ənənələrimiz xeyirxahlığa, sülhə, qardaşlığa əsaslanır. İslam sülh dinidir.