YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının Bərdə və Ağdam rayon təşkilatlarının fəalları ilə Bərdə şəhərində görüş keçirilib

Yeni Azərbaycan Partiyasının Bərdə və Ağdam rayon təşkilatlarının fəalları ilə Bərdə şəhərində görüş keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər, önünə tər gül dəstələri qoyublar.

Görüşdə Baş nazirin müavini, YAP Sədrinin müavini Əli Həsənov, Milli Məclisin deputatları Bəxtiyar Sadıqov, Bəxtiyar Əliyev, Ağdam və Bərdə rayon İcra Hakimiyyətlərinin başçıları Vaqif Həsənov, Vidadi İsayev və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bərdə rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini Əli Həsənov çıxış edərək, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin nəticəsində Azərbaycanın ötən illər ərzində böyük inkişaf yolu keçdiyini diqqətə çatdırıb, rayon təşkilatının və partiya fəallarının qarşısında duran vəzifələrdən bəhs edib.

Tədbirdə YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya, Ağdam rayon təşkilatının sədri Allahverən Əliyev, Milli Məclisin deputatı Bəxtiyar Əliyev, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış ediblər.

Sonda YAP sıralarına yeni daxil olmuş gənclərin bir qrupuna partiya biletləri təqdim edilib.