YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Çilov” yatağında qazılan yeni quyudan sutkada 5 ton neft hasil ediləcək

“Çilov” yatağındakı 112 nömrəli özüldən 112 nömrəli quyuda qazma işlərinə başlanılıb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən bildiriblər ki, layihə dərinliyi 1450 metr olan quyu kompleks qazma işləri tresti tərəfindən qala lay dəstəsinə qazılır. Quyuda istismar işləri isə “28 May” neft və qazçıxarma idarəsi tərəfindən həyata keçiriləcək.
Geoloqların hesablamalarına görə, quyudan sutkada 5 ton neft hasil olunacaq.