YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb

Prezident İlham Əliyev sentyabrın 17-də mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Vasif Allahverdiyev və Sərdar Fərəcova Xalq artisti, Fəttah Xalıqzadə və Oqtay Rəcəbova Əməkdar incəsənət xadimi, İqor Butenko və Nikolay Pyatkinə Əməkdar artist, Səidə Göyçayskaya, Rüxsarə Hüseynova və Nazilə Yaqubovaya Əməkdar müəllim fəxri adları verilib, beş nəfər isə “Tərəqqi” medalı ilə təltif olunub. Eyni zamanda Mobil Babayev və Ruhəngiz Qasımova “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Ölkə başçısının imzaladığı digər Sərəncamla Ağa Dadaş Dadaşov və İmruz Əfəndiyevaya musiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

 

DİGƏR Xəbərlər Arxiv