YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Ağstafa rayon təşkilatında ərazi ilk partiya təşkilat sədrlərinin iştirakı ilə seminar-müşavirə keçirilib

Yeni Azərbaycan Partiyasının Ağstafa rayon təşkilatında ərazi ilk partiya təşkilatı sədrlərinin iştirakı ilə seminar-müşavirə keçirilib.

Tədbirdə çıxış edən  YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov bu il ölkəmizdə növbəti bələdiyyə seçkilərinin keçiriləcəyini deyərək partiyamızın bu siyasi kampaniyaya ciddi şəkildə hazırlaşdığını diqqətə çatdırıb. O qeyd edib ki, seçkilərə hazırlıqla əlaqədar YAP İcra Katibliyi tərəfindən  müəyyən tövsiyə və tapşırıqlar verilib. Partiyanın Ağstafa rayon təşkilatı da bu tövsiyə və tapşırıqlara, qəbul olunmuş müvafiq qərarlara uyğun addımlar atacaq.

Rayon təşkilatının sədri həmçinin bildirib ki, seçkilər yaxınlaşdıqca müstəqil Azərbaycanın inkişafını istəməyən qüvvələr dövlətimizə qarşı qarayaxma kampaniyası apararaq ictimaiyyətdə çaşqınlıq yaratmağa çalışırlar: “Azərbaycan gücləndikcə  daxildəki “5-ci kolon” və xaricdəki mühacirlər adı ilə fəaliyyət göstərən satqınlar ölkəmizə qarşı şər-böhtan kampaniyasına  başlayırlar. Onlar xaricdəki anti-azərbaycançı mərkəzlərin sifarişlərini yerinə yetirərək alətə çevrilirlər”. R.Tatarov bildirib ki, Azərbaycan cəmiyyəti yetkin, intellektual cəmiyyətdir və bu kimi dairələr cəmiyyətimizdə dəstək qazana bilməyəcəklər. Xalqımız həmin dairələrin əməllərini qətiyyətlə pisləyir.  

Seminar-müşavirədə həmçinin, bir sıra məsələlər cari müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.