YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Beynəlxalq ictimaiyyət təmas xəttində baş verən gərginliyə obyektiv yanaşmalıdır

«Beynəlxalq ictimaiyyət təmas xəttində baş verən gərginliyə obyektiv yanaşmalıdır». Bu fikri yap.org.az saytına Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, Minsk qrupunun həmsədrləri, eləcə də digər beynəlxalq təşkilatlar Azərbaycan torpaqlarının işğaldan azad olunmasını əsas şərt kimi irəli sürməlidir. Onun sözlərinə görə, bu, Dağlıq Qarabağ münaqişəsinin 20 ildən artıqdır öz həllini tapmamasının səbəblərini də ortaya qoyur.

«Dünyada ən dəhşətli etnik təmizləmələrdən biri Ermənistan tərəfindən 1 milyon azərbaycanlıya qarşı həyata keçirilib. 20 ildən çoxdur ki, bu ölkə Azərbaycan ərazisinin 20 faizini zəbt etməklə onun ərazi bütövlüyünə qəsd edib. Bütün bunlara laqeyd yanaşan  ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti Azərbaycan ictimaiyyəti tərəfindən haqlı narazılıqla qarşılanır və tam ədalətli olaraq, müxtəlif vaxtlarda münaqişənin həllinə vasitəçlik formatının dəyişdirilməsi ilə bağlı çağırışlar, təkliflər gündəmə gəlir. Ermənistan işğalçı, Azərbaycan işğala məruz qalan dövlətdir. Amma həmsədrlər işğalçı ilə işğala məruz qalan dövlət arasında bərabərlik qoyur, hətta bir sıra hallarda işğalçının dəstəklənməsi halları da müşahidə olunur»- deyə, S.Qafarova qeyd edib.