YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naqif Həmzəyev: Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdi

“Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdi. Sentyabrın 7-də Bakıda Yeni Azərbaycan Partiyasının ev sahibliyi ilə “Gənclərin sosial və siyasi proseslərdə rolu və qadınların fəallığının gücləndirilməsi” mövzusunda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Gənclər Qolunun 5-ci və Qadınlar Qolunun 6-cı iclası keçirilib". Bu fikirləri YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

N.Həmzəyev bildirib ki, dünyada baş verən mürəkkəb siyasi proseslər fonunda bütövlükdə Asiyada fəaliyyət göstərən partiyalar bir araya gələrək, regionun bugünkü reallıqlarını müzakirə etmək üçün mərkəz kimi məhz Bakını seçiblər. Onun sözlərinə görə, toplantıda  təmsil etdikləri dövlətin siyasətinə təsir etmək gücündə olan partiyaların nümayəndələri arasında əməkdaşlığın gücləndirilməsi, ölkələri narahat edən problemlər üzərində diskussiyaların aparılması 2030-cü ilədək Dayanıqlı İnkişaf Gündəminə, regionun gələcək inkişafına yeni bir töhfədir.

“Tədbirdə xüsusi ilə Asiya ölkələrində demokratik inkişaf proseslərində qadınların və gənclərin oynadığı roldan bəhs edilməsi, onların birgə fəaliyyətində yeni əməkdaşlıqların yaranmasına təkan olacaq. Prezident İlham Əliyevin imzaladığı çoxsaylı dövlət proqramları, sosial və iqtisadi layihələri ilə dünya ölkələrinə örnək olan Azərbaycan gənclər siyasətinin həyata keçirilməsində, qadınların səlahiyyətlərinin genişləndirilməsində dünya ölkələrinə hər zaman nümunə olub. İnanınırıq ki, demokratiyanın, insan haqlarının, siyasi plüralizmin inkişafı istiqamətində böyük rolu olan Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının işində müasir inkişafın Azərbaycan modeli də maraqlıdır və  ölkəmizdə həyata keçirilən gənclər siyasəti, qadın hərəkatı diqqət mərkəzində olacaq”-deyə, deputat qeyd edib.