YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Dövlətimizin həyata keçirdiyi sosial siyasət cəmiyyətimizdə rəğbətlə qarşılanır

“Dövlətimizin həyata keçirdiyi sosial siyasət cəmiyyətimizdə rəğbətlə qarşılanır. Bu il ölkə Prezidenti tərəfindən iki dəfə böyük sosial paket qəbul olunub. Bunun nəticəsində də əhalinin rifah halı daha da yaxşılaşır”. Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, sosial paketdə 30-dan çox fərman və sərəncam öz əksini tapıb. Bu paket vasitəsilə 4 milyondan çox vətəndaşımızın sosial rifah halı yaxşılaşıb. Pensiyalar, sosial müavinətlər, təqaüdlər, əməkhaqqı artıb.

“Ölkədə minimum əməkhaqqı iki dəfəyə yaxın yüksəlib. Təxminən büdəcədən 5 milyard 200 milyon əlavə vəsait sərf olunub. Bizim dövlət sosial müdafiənin ünvanlıq sisteminə üstünlük verilir. Yəni, kimin ehtiyacı varsa ona verilsin, kimin ehtiyacı yoxdursa ona verilməsin. “Uşaq pulu” müavinəti əvvəllər ehtiyacı olan və olmayan hər bir kəsə verilib. İndi isə Azərbaycanda bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq əhalinin gəlirlərində də təbəqələşmə var. Elə insanlar var ki, yüksək gəlirləri var və onların uşaq puluna ehtiyacı yoxdur. Amma elə ailələr vardır ki, onların ehtiyacları var. Ona görə də bu məsələ ciddi təhlil olunmalı, sonra bu barədə qərar verilməlidir. Fikrimcə, bu məsələdə ünvanlılıq prinsipi tətbiq olunmalıdır. Bu mənim şəxsi düşüncəmdir”-deyə, M.Quliyev vurğulayıb.