YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İran Prezidenti Azərbaycana səfərinin nəticələrini yüksək qiymətləndirib

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycana ilk rəsmi səfərinin nəticələri haqqında açıqlama verərək əldə edilən razılaşmaların hər iki dövlət üçün faydalı olacağını bildirib.
H.Ruhani qeyd edib ki, son bir ildə Azərbaycan Prezidenti İlham Əliyevlə dörd dəfə görüşüb. Bu görüşlər İran ilə Azərbaycanın qarşılıqlı faydalı əlaqələrinin inkişafına xidmət edib.
Bakıda yüksək qonaqpərvərliklə qarşılandığını deyən prezident müxtəlif sahələr üzrə aparılan danışıqların və imzalanan sənədlərin tərəflər üçün səmərəli olduğunu vurğulayıb. Danışıqların konstruktiv və dostluq şəraitində aparıldığını qeyd edən H. Ruhani İran ilə Azərbaycanın enerji, nəqliyyat, ticarət, gömrük, ekologiya sahələrində və regional təhlükəsizlik məsələlərində razılığın əldə edildiyini bildirib.
Prezident iş adamlarının fəaliyyəti və qarşılıqlı investisiyalar üçün şərait yaradıldığını da diqqətə çatdırıb.