YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının təşkil etdiyi "Yaylaq düşərgəsi"nə start verilib

Avqustun 30-da Gədəbəy rayonunda Yeni Azərbaycan Partiyasının  və Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi "Yaylaq düşərgəsi"nə start verilib. Layihədə partiyanın Gəncə və Naftalan şəhər, Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Kəlbəcər, Qazax, Tovuz, Samux və Şəmkir rayon təşkilatlarının gənc üzvləri iştirak edir.

Tədbir iştirakçıları əvvəlcə Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək Ümummilli Liderin xatirəsini yad ediblər.

"Yaylaq düşərgəsi"nin açılış mərasimində çıxış edən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev qonaqları salamlayaraq bu il Gədəbəydə baş tutan “Yaylaq festivalı”ndan bəhs edib və bu festivalın davamı kimi keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. İ.Mustafayev daha sonra Ulu Öndərin əsasını qoyduğu YAP-ın üzvlərinin, o cümlədən gənclərin fəal olduğunu diqqətə çatdırıb və onlara uğurlar arzulayıb.

Daha sonra çıxış edən Milli Məclisin deputatları Pərvin Kərimzadə, Sevinc Hüseynova və YAP Gənclər Birliyi Ofisinin koordinatoru Elmar Məmmədov layihənin əhəmiyyətindən, gənclərin bilik və bacarıqlarının artırılması yönündə əhəmiyyətindən danışıblar. Bildirilib ki, YAP rəhbərliyi gənclərin siyasi fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir.

Qeyd edilib ki, bu tədbirlərin əsas məqsədi gənclərin bir-birini daha yaxından tanımasını, onların arasında səmimi münasibətlərin yaradılmasını, bu gənclərdə liderlik kimi mühüm xüsusiyyətlərin formalaşdırılmasını təmin etməkdir.

Açılış mərasimində düşərgənin bayrağı qaldırılıb və layihə çərçivəsində nəzərdə tutulan tədbirlər barədə iştirakçı gənclərə ətraflı məlumat verilib.

 

DİGƏR Partiya xəbərləri Arxiv