YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupovdan Azərbaycanın Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Hörmətli Mehriban xanım. İcazə verin, Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi adından və şəxsən öz adımdan Sizi ad gününüz münasibətilə səmimi qəlbdən təbrik edim.

Arzu edirik ki, həmişə bu cür parlaq və güclü şəxsiyyət olasınız, var olasınız və bu dünyaya xeyirxahlıq və sevgi gətirməyə davam edəsiniz.

Bu xoş fürsətdən istifadə edərək, əsas məramı xeyirxah dünyada, tam mehriban şəraitdə, ölkələrimiz və xalqlarımız arasında qurub-yaratmaq üzrə əməkdaşlığın olduğu dünyada yaşamaq olan və bu cür də qalan TÜRKPA-nın fəaliyyətini dəstəklədiyinizə görə Sizə ən səmimi minnətdarlığımızı bildirmək istəyirik.

Qoy hər gün Sizə sülh, harmoniya, güc, ümid və sevinc gətirsin".