YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Ölkəmizdə islahatlar davamlı xarakter daşıyır

“Pensiyaçıların, təqaüdçülərin sosial durumlarının, həyat şəraitlərinin yaxşılaşdırılması, onların pensiyalarının artırılması daim Azərbaycan dövlətinin, ölkə rəhbərliyinin, xüsusilə, Prezident  İlham Əliyevin siyasətinin əsas  xətlərindən birini təşkil edib”. Bu fikri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, islahatlar prosesinin nəticəsidir ki, bu ilin cəmi bir neçə ayı ərzində təqaüdçülərin pensiyaları iki dəfə artırılıb. Onun sözlərinə görə, ölkə başçısının fevral ayında imzaladığı Fərmanla əmək pensiyaların minimum həddi 44 manat artırılaraq, 116 manatdan 160 manata, iyun ayında imzalanan növbəti Fərmanla isə 40 manat artırılaraq, 160 manatdan 200 manata qaldırılıb: “Bu, çox böyük və əhəmiyyətli bir addım, hadisə olmaqla yanaşı, Azərbaycan dövlətinin, ölkə rəhbərliyinin, dövlət başçısının pensiyaçılara olan münasibətinin daha bir bariz nümunəsi, baha bir əyani göstəricisidir”

Bu yaxınlarda Prezident İlham Əliyevin “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi ilə bağlı imzaladığı Fərmanı xatırladan deputat söyləyib ki, sənədə əsasən əmək pensiyalarının minimum məbləği 2019-cu il oktyabrın 1-dən 200 manat məbləğində müəyyən olunur: “Həmçinin, təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Bundan başqa, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Hesab edirəm ki, bu sahədə islahatlar bundan sonra da davam edəcək”.

DİGƏR Xəbərlər Arxiv