YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Azərbaycan mədəniyyətlərarası dialoqa böyük töhfələr verən ölkədir

“Azərbaycan mədəniyyətlərarası dialoqa böyük töhfələr verən ölkədir. Azərbaycanda mültikulturalizm dövlət siyasətinin tərkib hissəsidir”. Bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bu gün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Mədəniyyətlərarası dialoqa Azərbaycanın töhfəsi” mövzusunda konfransda deyib.

Əli Əhmədov bildirib ki, indiki halda, dünyada sivilizasiyalar arasında toqquşmaların baş verdiyi zamanda mədəniyyətlərarası dialoqa töhfələr verilməsi, multikulturalizm ideyasının təbliğ edilməsi xüsusi önəm daşıyır. Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, dünya birliyi, beynəlxalq təşkilatlar da Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfələri birmənalı şəkildə etiraf edirlər. Bunun aydın ifadələrindən biri də mütəmadi olaraq bu mövzuda nüfuzlu beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsindən ibarətdir.

YAP Sədrinin müavini vurğulayıb ki, Azərbaycan dövlətinin bu sahədəki fəaliyyətinə Heydər Əliyev Fondu çox ciddi dəstək verir. Onun sözlərinə görə, Fond yarandığı vaxtdan bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir və bu sahədə ilk təşəbbüslərin və addımların atılmasında mühüm rol oynayıb.

Konfransın  çox əlamətdar gün ərəfəsinə təsadüf etdiyini deyən Əli Əhmədov qeyd edib ki, avqustun 26-da Azərbaycan Respublikasının Birinci-vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın doğum günüdür. Baş nazirin müavini bildirib ki, sivilizasiyalarası dialoqun təbliğ olunmasında Mehriban xanım Əliyeva böyük xidmətlər göstərməkdədir. 

Əli Əhmədov Mehriban xanım Əliyevanı öz adından və YAP-ın çoxsaylı üzvləri adından təbrik edərək deyib ki, Azərbaycanın ictimai-siyasi həyatında Mehriban xanımın böyük rolu və xidmətləri var.

 

DİGƏR Xəbərlər Arxiv