YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

İran ilə Azərbaycan birgə investisiya fondu yaradacaqlar

İran ilə Azərbaycan sığorta sahəsində əməkdaşlıq əlaqələrini genişləndirəcək və birgə investisiya fondu yaradacaqlar.

Bu sözləri İranın İqtisadi işlər və maliyyə naziri Fərhad Dejpəsənd mətbuata verdiyi açıqlamasında deyib.

Nazir bildirib ki, bu gün İran ilə Azərbaycanın münasibətləri yüksələn xətlə inkişaf edir. Hər iki ölkənin iqtisadi potensialı daha geniş əlaqələrin qurulması üçün imkan yaradır.

O diqqətə çatdırıb ki, sığorta sahəsində əməkdaşlıq əlaqələrinin qurulması vətəndaşların və şirkətlərin iş qurmaq istəklərinə köməklik göstərəcək. Onların əmlakı və maliyyə vəsaitlərinə dövlətlər zəmanət verəcək. Bu isə qarşılıqlı sərmayələrin qoyuluşunu artıracaq.

F.Dejpəsənd nəqliyyat sahəsində əməkdaşlığın davam etdiyini vurğulayıb. Qeyd edib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas komponenti olan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun çəkilişi davam edir. Bu yolun Qəzvin-Rəşt hissəsi istismara buraxılıb. Rəşt-Astara hissəsində isə işlər davam edir.

Onun sözlərinə görə, qarşıdakı iki ildə Rəşt-Astara yolunun tikintisi başa çatacaq və İran ilə Azərbaycanın dəmir yolları sistemləri birləşəcək. Bu dəmir yolunun istifadəyə verilməsi ilə hər iki ölkənin qeyri-neft sektorunun inkişafına əsaslı təkan veriləcək.

İranlı nazir onu da bildirib ki, dövlətlər arasında birgə beynəlxalq investisiya fondunun yaradılması məsələsi də müzakirə edilir.

 

DİGƏR Xəbərlər Arxiv