YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransada dinlərarası dialoqla bağlı beynəlxalq konfranslar keçiriləcək

Noyabrın 14-də Parisdə “Dinlərarası anlaşma: birgəyaşayışın modelləri”, noyabrın 15-də isə Strasburqda “Milli-mədəni müxtəliflikdə konfessiyalararası dialoq: multikultural modellər” mövzularında beynəlxalq konfranslar keçiriləcək.
Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin UNESCO ilə birgə təşkil edəcəyi bu konfranslarda müxtəlif ölkələrdən din azadlığı, tolerantlıq və dövlət-din münasibətləri üzrə ekspertlər, ictimaiyyət nümayəndələri, beynəlxalq QHT-lərin rəhbərləri, ölkəmizin Fransadakı səfirliyinin, UNESCO və Avropa Şurası yanında nümayəndəliklərinin təmsilçiləri iştirak edəcəklər.
Milli Məclisin deputatları Sahibə Qafarova və Yevda Abramov konfranslara qatılacaqlar.