YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa başsağlığı verib.

Başsağlığında deyilir: “Texas, Ohayo və İllinoys ştatlarında törədilmiş silahlı hücumlar nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim.

Bu dəhşətli hadisələr ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.”