YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Artilleriya atəşinin ustaları” müsabiqəsində iştirak edən artilleriyaçılarımız sınaq atışlarını yerinə yetiriblər

“Beynəlxalq Ordu Oyunları – 2019” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin iştirakçıları mərhələlərə hazırlıq məqsədilə məşqlər edirlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, yarışlarda iştirak etmək üçün təqdim edilən silahlara texniki baxış keçirən artilleriyaçılarımız təhlükəsizlik qaydaları, növbəti mərhələnin şərtləri və atış nöqtələrinin texniki imkanları ilə tanış olublar.

Hazırlıq prosesini yekunlaşdıran komandamız atıcı silahlar, qumbaraatan və minaatanlardan sınaq atışlarını yerinə yetiriblər.