YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Ətraf mühitin mühafizəsində gənc nəslin rolu" mövzusunda yay məktəbinin iştirakçıları ETSN-in Milli Monitorinq Departamentinin fəaliyyəti ilə tanış olublar

Avqustun 1-də Yeni Azərbaycan Partiyasının  və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) birgə təşkilatçılığı ilə "Ətraf mühitin mühafizəsində gənc nəslin rolu" mövzusunda yay məktəbi öz işini davam etdirib.

Bu gün yay məktəbinin iştirakçıları nazirliyin Milli Monitorinq Departamentinin fəaliyyəti ilə yaxından tanış olublar. Tədbirdə ETSN-in  Ətraf mühitin və Təbii Sərvətlərin Tənzimlənməsi şöbəsinin müdiri Mirsalam Qənbərov “Yaşıl iqtisadiyyat davamlı inkişafın əsasıdır”, Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin sektor müdiri Təranə Hüseynova “Ətraf mühit üzrə monitorinqin aparılma metodikası” və Ekoloji Siyasət şöbəsinin sektor müdiri Amil Səfiyev “Danışıqlı inkişaf məqsədləri- Ekologiya sahəsində prioritet istiqamətlər” mövzusunda çıxış ediblər.

Tədbirdə ali məktəb tələbələrinin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, gənc nəslin ekoloji maarifləndirilməsi və ictimaiyyətin ətraf mühitin birgə mühafizəsinə cəlb olunmasının əhəmiyyəti vurğulanıb.

Gənclərin iştirak etdiyi tədbirdə dövlətin ekologiya sahəsində həyata keçirdiyi uğurlu siyasət, bu istiqamətdə gənc nəslin fəal rolu, gənclərin ətraf mühitin mühafizəsi sahəsində məlumatlılığının artırılmasının zəruriliyi diqqətə çatdırılıb, fikir mübadiləsi aparılıb.

Tədbir iştirakçılarına ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin rolu, yaşıl iqtisadiyyat və davamlı inkişaf, su ehtiyatlarının idarə olunması, iqlim dəyişmələri və s. mövzularda geniş informasiya verilib və tələbələri maraqlandıran suallar cavablandırılıb.