YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Azərbaycan dilinin indiki inkişaf səviyyəsi kifayət qədər yüksəkdir

“Azərbaycan dilinin indiki inkişaf səviyyəsi kifayət qədər yüksəkdir. Həm müxtəlif sahələrdə, həm ümumi danışıq dili səviyyəsində, həm də elmi, bədii, rəsmi dil səviyyəsində Azərbaycan dili son illər xüsusilə inkişaf edib”. Bu fikirləri Milli Məclisin deputatı, akademik  Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, Azərbaycan dili sözün həqiqi mənasında müstəqil bir dövlətin dili olub. Azərbaycan dilinin ən çox inkişaf etdiyi sahə publisistikadır, mətbuatın və kütləvi informasiya vasitələrinin dilidir. Bu baxımdan müstəqilliyimiz elan olunduqdan sonra Azərbaycan dilinin çox demokratik inkişaf imkanı yarandı.
“Ümummilli Lider Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli "Azərbaycan Əlifbası və Azərbaycan Dili gününün təsis edilməsi haqqında" Fərmanına əsasən artıq neçə illərdir ki, Azərbaycan xalqı 1 avqust tarixini özünün qiymətli mənəvi sərvəti olan - "Azərbaycan Əlifbası və Azərbaycan Dili günü" kimi qeyd edir. Dövlətimizin Azərbaycan dili sahəsində mükəmməl bir siyasəti formalaşıb ki, bu da olduqca vacibdir. Biz dilimizi qorumaqla bağlı bir çox işlər görmüşük. Ümummilli Lider Heydər Əliyev bu sahədə böyük xidmətlər göstərib. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”-deyə, akademik qeyd edib.