YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Rüstəmov: Mərkəzi Bank cari ili 3,2 faiz gəlirlə başa vurmağı planlaşdırır

Mərkəzi Bankın valyuta ehtiyatları artır. Cari ildə biz valyuta ehtiyatlarımızı 330 milyon dollardan çox artırmışıq.

Bu fikirləri Mərkəzi Bankın sədri Elman Rüstəmov iyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə səsləndirib.

E.Rüstəmov deyib: “Amma diqqətinizi ona cəlb etmək istəyirəm ki, Sizin qoyduğunuz məsələ - valyuta ehtiyatlarının idarə olunmasının effektivliyinin artırılması olduqca mühüm məsələdir. Bu vəsaitin təxminən 100 milyon dollardan çoxunu biz altı ayda xarici idarəetmədən almışıq. Baxmayaraq ki, beynəlxalq maliyyə bazarlarında vəziyyət kifayət qədər mürəkkəbdir və faiz dərəcələri aşağıdır. Biz ili 3,2 faiz gəlirlə başa vurmağı düşünürük”.