YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda yeni "Peugeot" modelləri istehsal olunacaq

Neftçala sənaye məhəlləsində yeni “Peugeot 207” modelinin istehsalına hazırlıq işləri gedir.

Bu barədə “Azərmaş” şirkətindən bildiriblər.

Yeni modelin istehsalı yaxın aylarda başlayacaq:

“Avtomat ötürücülər qutusu ilə təchiz olunacaq “Peugeot 207” avtomobillərinin qiyməti 17 500 manat təşkil edəcək. Paralel olaraq, Neftçala sənaye məhəlləsində istehsal olunan “Khazar SD” minik avtomobillərinin ixracına hazırlıqlar gedir”.

Şirkətdən bildiriblər ki, ixrac Rusiya bazarına planlaşdırılır, hazırda tərəflər detallarla əlaqədar danışıqlar aparır.

O da qeyd olunub ki, bu ilin əvvəlində Neftçala sənaye məhəlləsində yığılmış “Peugeot 407” modelləri daxili bazarda satışa çıxarılıb.