YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda bu günədək 3 milyon 161 min 692 ton taxıl yığılıb

Respublika ərazisində taxıl biçini davam edir. İyulun 30-na olan operativ məlumata görə, ölkə ərazisində 1003743 hektar ərazidə taxıl biçini aparılıb, 341116 hektar ərazidə arpa, 662627 hektar ərazidə buğda biçini başa çatıb.

Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər ki, bu günədək cəmi taxıl sahələrinin 99,2 faizi biçilib. Ümumilikdə, bu günədək ölkə üzrə 3161692,4 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,4 sentner təşkil edir.

Abşeron, Ağdam, Ağdaş, Ağcabədi, Ağstafa, Ağsu, Astara, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Cəlilabad, Cəbrayıl, Daşkəsən, Şabran, Füzuli, Naftalan, Göyçay, Hacıqabul, Xaçmaz, Xızı, İmişli, İsmayıllı, Kürdəmir, Qax, Qazax, Qəbələ, Quba, Masallı, Neftçala, Oğuz, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Tərtər, Tovuz, Ucar, Yevlax, Zaqatala və Zərdabda taxıl biçini başa çatıb. Naxçıvan Muxtar Respublikasında, Qobustan, Şamaxı və Şəki rayonlarında taxıl biçini başa çatmaq üzrədir. Qobustan ərazisində arpa əkilmiş 9382 hektar sahə artıq biçilib, buğda əkilmiş 22258 hektar sahənin isə 21948 hektarında biçin yekunlaşıb. Rayonda arpa üzrə məhsuldarlıq 23,7 s/ha, buğda üzrə məhsuldarlıq 25,3 s/ha təşkil edir.

Naxçıvan Muxtar Respublikasında arpa əkilmiş 8579 hektar sahənin 8469 hektarı, buğda əkilmiş 24729 hektar sahənin isə 23037 hektarı artıq biçilib. Arpa üzrə məhsuldarlıq 29,7 s/ha, buğda üzrə məhsuldarlıq isə 31,0 s/ha təşkil edir.