YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Belə tədbirlər ölkəmizə turist axının gücləndirilməsi üçün əlavə imkandır

“Milli Yaylaq Festivalı kimi tədbirlərin davamlı olaraq keçirilməsinə ehtiyac var. Olduqca maraqlı bir festival idi”. Bu fikirləri Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

K.Əliyeva bildirib ki, festival üçün Gədəbəy rayonunun seçilməsi çox uğurludur. Çünki nəinki Azərbaycanın, hesab edirəm ki, dünyanın ən gözəl, ən füsunkar bölgələrindəndir. Gözəl, əsrarəngiz təbiətə malikdir.

“Yəni, həm tarixilik, həm gözəllik, həm zənginlik baxımından Festival üçün məhz Gədəbəyin seçilməsi çox uğurlu variantdır. Hesab edirəm ki, bu Festival həm də ölkəmizin, onun adət-ənənələrinin, keçmişinin, zənginliyinin təbliği deməkdir. Burada olan insanlar, yaxından-uzaqdan gələnlər bir daha Azərbaycanın tarixi, keçmişi, ədət-ənənələri ilə tanışlıq imkan əldə edirlər. Bu, eyni zamanda turizmin inkişafı, ölkəmizə turist axının gücləndirilməsi üçün əlavə bir şans, imkandır. Ona görə bundan yararlanmalı, ölkəmizi təbliğ etməli, bu Festivalın ənənəvi hal almasına çalışmalıyıq”-deyə, deputat qeyd edib.