YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri İordaniyada keçiriləcək beynəlxalq tədbirdə iştirak edəcəklər

Silahlı Qüvvələrimizin nümayəndələri mayın 6-dan 8-dək İordaniyada ənənəvi olaraq təşkil edilən X xüsusi təyinatlı qüvvələrin sərgisində (SOFEX-2014) iştirak edəcəklər.

İordaniya Kralı II Abdullahın himayəsi altında hər iki ildən bir təşkil olunan tədbirdə dünyanın müxtəlif ölkələrindən dövlət rəsmiləri, aidiyyəti strukturların və özəl şirkətlərin nümayəndələri iştirak edir.

Sərgidə müasir rabitə və nəqliyyat vasitələri, yerüstü naviqasiya sistemləri, antiterror əməliyyatları üçün, hərbi-səhra tibb və digər xüsusi təyinatlı avadanlıq və texnika nümayiş olunacaqdır.

“SOFEX-2014”də 33 ölkədən 350 şirkətin iştirakı gözlənilir.