YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Firdovsi Əliyev: Ətraf mühitin qorunmasında gənclərin də üzərinə böyük məsuliyyət düşür

“Ekologiyanın qorunması dünyada qlobal problemə çevrilib. Ona görə də, Azərbaycanda ətraf mühitin qorunması dövlət siyasətində mühüm yer tutur”. Bu fikirləri ekologiya və təbii sərvətlər nazirinin müavini, YAP Siyasi Şurasının üzvü Firdovsi Əliyev deyib.

F.Əliyev bildirib ki, bu yaxınlarda YAP və ETSN arasında birgə fəaliyyət planına dair sənəd imzalanıb. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş ətraf mühitin mühafizəsi siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, Bakı şəhərində, eləcə də regionlarda yeni yaşıllıq zolaqları salınır, milli parkların və qoruqların mühafizəsinə xüsusi diqqət yetirilir. O xatırladıb ki, YAP-ın  layihəsi olan “700 min ağac əkək!” kampaniyası nazirliklə birgə əməkdaşlıq şəraitində reallaşdırılıb.

ETSN-də 5 mindən çox YAP üzvünün olduğunu deyən nazir müavini onların əksəriyyətinin gənclərdən ibarət olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, ətraf mühitin qorunmasında gənclərin də üzərinə böyük məsuliyyət düşür və "Ətraf mühitin mühafizəsində gənc nəslin rolu" mövzusunda keçirilən yay məktəbinin təşkil olunması bu baxımdan əhəmiyyət kəsb edir.