YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası ilə ETSN-nin birgə layihəsi olan "Ətraf mühitin mühafizəsində gənc nəslin rolu" yay məktəbinin açılışı olub

Yeni Azərbaycan Partiyası ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə layihəsi olan "Ətraf mühitin mühafizəsində gənc nəslin rolu" mövzusunda yay məktəbinin açılışı keçirilib. 

YAP Siyasi Şurasının üzvü, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, bu yaxınlarda YAP və ETSN arasında birgə fəaliyyət proqramı barədə sənəd imzalanıb: "Ümumiyyətlə, ekoloji problemlər hər zaman bəşəriyyəti narahat edir. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra ilk yaranan qurum ETSN olub. Nazirlikdə YAP-ın 5 mindən artıq üzvü var. Onların əksəriyyəti gənclərdir. Bildiyiniz kimi, YAP-ın 700 mininci üzvünə partiya vəsiqəsinin təqdim edilməsi münasibətilə Yeni Azərbaycan Partiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə “700 min ağac əkək” kampaniyası həyata keçirilir. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə xeyli sayda möhtəşəm layihələr həyata keçirmişdir. Bu layihələr bu gün uğurla davam edir ".

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək bildirib ki, gənclər "Ətraf mühitin mühafizəsində gənc nəslin rolu" mövzusunda "Yay məktəbi"nə qatılmaqla ətraf mühit və onun mühafizəsi ilə yaxından tanış olacaqlar: "Bu gün əldə olunan nailiyyətləri gələcək nəsillərə ötürməliyik. Meşələrimizi və torpaqlarımızı qorumalıyıq. Azərbaycanın hər qarışı gözəldir".

Daha sonra Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova və "Ekosfera" İctimai Birliyinin sədri Firuzə Sultanzadə "Ətraf mühitin və təbii sərvətlərin mühafizəsi sahəsində maarifləndirici tədbirləri və bu sahədə gənclərin rolu" mövzusunda çıxış ediblər.

Qeyd edək ki, "Yay məktəbi" 5 gün davam edəcək.

 

DİGƏR Partiya xəbərləri Arxiv