YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Festivalın voleybol yarışlarında Belarusun kişi və Rusiyanın qadın komandaları növbəti mərhələyə yüksəliblər

İyulun 24-də “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalında oğlan və qız voleybolçuların mübarizəsinin üçüncü günündə ilk görüşlər başa çatıb.

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçirilən oğlanların yarışında birinci görüşdə A qrupu çərçivəsində Almaniya və Belarus yığmaları üz-üzə gəliblər. Belarus voleybolçuları rəqiblərini 3:1 (26:24, 25:21, 25:19, 25:19) hesabı ilə məğlub edərək festivalda ikinci qələbələrini qazanıblar. Xallarının sayını altıya çatdıran Belarus komandası növbəti mərhələyə yüksəlib. Bu qrupda digər oyun Rusiya və Azərbaycan yığmaları arasında keçiriləcək. Oyun saat 16:30-da başlayacaq.

Azərbaycan Voleybol Mərkəzində təşkil olunan qızların mübarizəsində isə ilk oyunda A qrupunda yer alan və hər birinin hesabında altı xal olan Rusiya və Rumıniya komandaları qarşılaşıblar. Qrup birincisi olmaq uğrunda keçirilən görüşdə Rusiya voleybolçuları qalib gəliblər - 3:1 (25:16, 25:20, 19:25, 27:25).

Beləliklə, üç oyunda maksimum - doqquz xal toplayaraq qrup lideri olan rusiyalı voleybolçular və altı xalla qrupda ikinci olan rumıniyalı idmançılar yarımfinala vəsiqəni təmin ediblər.