YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Prezident İlham Əliyev tərəfindən mətbuata xüsusi diqqət və qayğı göstərilir

“Bütün dövrlərdə ölkəsinə, xalqına bağlı insanlar öz xalqının inkişafı üçün böyük xidmətlər göstərib. Hər kəs  bir sahə üzrə ölkəsinin inkişafına, tərəqqisinə, dünyada tanınmasına, qüdrətlənməsinə, nüfuz sahibi olması üçün çalışıblar və bu gün də çalışırlar. Həsənbəy Zərdabi də Azərbaycan dilində qəzetə ehtiyacı olduğunu hiss edərək bu istiqamətdə xeyli işlədi və 22 iyul 1875-ci ildə ilk qəzeti nəşr etdi”. Bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, zaman keçdikcə mətbuat müxtəlif təzyiq və qadağalara məzur qalmaqla, çətin bir yol keçmişdir. Bütün bu çətinliklərə baxmayaraq Həsənbəy Zərdabi millət və xalq üçün vətənpərvər və maarifpərvər ideyalarını ortaya qoyaraq böyük bir məktəb yaratmışdır.

“Azərbaycan müstəqillik qazanandan sonra mətbuat təbliğatçıya çevrildi. 1993-cü ildən başlayaraq KİV-lər inkişaf etməyə başladı. Ümummilli Lider Heydər Əliyev bu sahəyə xüsusi diqqət və qayğı göstərməklə azad, demokratik mətbuatın əsasını qoydu. Mətbu orqanların texniki bazasının əsaslı sürətdə yenilənməsinə nail oldu. Özəl mətbuat inkişaf etdirildi. Mətbuatda senzura ləvğ edildi. Bu gün də möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən mətbuata xüsusi diqqət və qayğı göstərilir. Heç bir ölkədə olmayan bir hal olaraq, ölkəmizdə mətbuat işçiləri dövlət tərəfindən mənzillə, fəxri adlarla təltif olunur. Peşə bayramı münasibətilə bütün mətbuat işçilərini təbrik edir, daim həqiqət carçısı olmalarını arzulayıram”-deyə, deputat qeyd edib.