YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Bu ilin 6 ayında Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsində yüksək göstərici qeydə alınıb

Bu ilin birinci yarım ilində Azərbaycanla Ukrayna arasında idxal-ixrac əməliyyatlarının həcmi 410 milyon dolları keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 67 milyon dollar çoxdur.

Ukrayna Dövlət Statistika Komitəsindən  bildirilib ki, altı ayda Azərbaycandan Ukraynaya 186,6 milyon dollarlıq məhsul ixrac olunub. Azərbaycanın Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 215,9 milyon dollar təşkil edib.

Qeyd edək ki, postsovet məkanında Ukrayna Azərbaycanla ticarət dövriyyəsinin həcminə görə, Rusiyadan sonra ikincidir. 2018-ci ildə Azərbaycan və Ukrayna arasında idxal-ixrac əməliyyatlarının həcmi 829 milyon dollara çatıb ki, bu da əvvəlki illə müqayisədə 18 milyon dollar çoxdur. Ötən il iki ölkə arasındakı ticarət dövriyyəsində son 5 ilin ən yüksək göstəricisi qeydə alınıb.

 

DİGƏR Xəbərlər Arxiv