YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dilarə Cəbrayılova: Yay məktəbləri gənclərimiz üçün yaddaqalan hadisələrlə zəngindir

“Yay məktəbləri gənclərimiz üçün yaddaqalan hadisələrlə zəngindir”. Bu fikri Milli Məclisin deputatı Dilarə Cəbrayılova deyib.

D.Cəbrayılova bildirib ki, Yeni Azərbaycan Partiyasının gənclər üçün təşkil etdiyi yay məktəbləri müxtəlif lahiyələri əhatə edir. Onun Sözlərinə görə, bu layihələr həm gənclərin asudə vaxtlarının səmərələi keçirilməsi, həm də siyasi cəhətdən bilik və bacarıqlarını artırmaq baxımından əhəmiyətlidir.

“Oğuz rayonunda təşkil olunmuş yay məktəbində mən də gənclərlə görüşdüm və sosial şəbəkələrdən istifadə məsələsinə dair diskussiayalar təşkil etdik. Çox maraqlı müzakirələrimiz oldu. Bu gün ölkəmizdə internet istifadəçilərinin sayı durmadan artır. Sosial şəbəkə istifadəçiləri arasında gənclər daha çox üstünlük təşkil edir. Sosial şəbəkələrdən şər-böhtan, ölkəmizə qarşı qarayaxma kampaniyası təşkil etmək üçün istifadə edənlər öz layiqli cavablarını Azərbaycan gəncliyi ölkəmizdə aparılan siyasi kursu dəstəkləyir və gəncliyin inkişafı istiqamətində görülən tədbirləri, qəbul olunan Dövlət proqramlarını yüksək dəyəirləndirir”-deyə, deputat qeyd edib.