YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mirzə Əliyev: Aqrar sahədə lizinq fəaliyyəti tam olaraq liberallaşdırılıb

“Bu ilin birinci  yarısında AKİA tərəfindən 328 fermerə 11.35 milyon manat güzəştli nağd pul krediti ayrılıb, 391 nəfərə isə ümumi dəyəri 70.7 milyon manat olan 1432 ədəd kənd təsərrüfatı texnikası satılıb”. Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib.

M.Əliyev bildirib ki, texnika alan fermerlərin əvəzindən AKİA tərəfindən təchizatçılara 27.1 milyon manat vəsait subsidiya kimi köçürülüb, texnika alışı üçün 236 fermerə 12.67 milyon manat məbləğində güzəştli kredit ayrılıb: “Deyə bilərik ki, aqrar sahədə lizinq fəaliyyəti tam olaraq liberallaşdırılıb. Əgər ötən ilin sonlarınadək kənd təsərrüfatı texnikası bazarında yalnız bir təchizatçı olubsa, hazırda bu təchizatçıların sayı 35-ə çatıb və istənilən hüquqi və fiziki şəxs bu bazara sərbəst daxil ola bilər”.

Agentlik sədri qeyd edib ki, son 1 ildə dövlət güzəşti ilə satılan kənd təsərrüfatı texnikalarının sayı artıb. “Əgər 2018-ci ilin ilk yarımilində 62.8 milyon manatlıq kənd təsərrüfatı texnikası satılmışdısa, bu il bu rəqəm 12% artıq – 70.7 milyon manat təşkil edib. Bildiyiniz kimi, bu il biçin mövsümü fermerlər üçün məhsul itkisi olmadan başa çatıb. Bunun səbəbi “Aqrolizinq” ASC-nin uğurlu dislokasiya planı ilə yanaşı, həm də fermerlərdə özəl kombaynların sayının artmasıdır. Bu ilin ilk yarımilində ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə artıq kombayn satılıb. Bu da əlverişli satış şərtlərinin yaranmasının göstəricisidir”, - deyə M. Əliyev vurğulayıb.