YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Badamov: Azərbaycan dünyada müxtəlif xalqların, dini konfessiyaların mehriban şəraitdə yaşadığı ölkə kimi tanınır

“Azərbaycan dünyada müxtəlif xalqların, dini konfessiyaların birgə, mehriban şəraitdə yaşadığı ölkə kimi tanınır. Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları, Humanitar Forumlar keçirilir. Bu forumlarda ölkəmizdəki tolerant və multikultural mühit barəsində məlumatlar iştirakçıların diqqətinə çatdırılır və dünyada bu mövzuda problemlərin aradan qaldırılması ilə bağlı fikirlər müzakirə olunur”. Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov deyib.

A.Badamov bildirib ki, Azərbaycan dünyanı multikulturalizmə dəvət edən nadir ölkələrdəndir. Eyni zamanda ölkədəki daxili mühitdən burda yaşayan bütün milli azlıqların və dini konfessiyaların nümayəndələri razıdırlar. Uzun əsrlər boyu Azərbaycan xalqı özünün milli, dini, mənəvi dəyərlərinə bağlılığını qoruyub saxlayıb, eyni zamanda, başqa dinlərin və etnik qrupların nümayəndələri ilə tolerant, mehriban birgəyaşayış mühitində sahib olduğu yüksək mənəvi keyfiyyətlərini inkişaf etdirib.

“Nəticədə, dini, mədəni plüralizmin mövcud olduğu, dini və dünyəvi dünyagörüşünün uzlaşdığı müasir Azərbaycan cəmiyyəti formalaşıb. Bütövlükdə, Azərbaycan dövlətinin hüquqi əsasları, müxtəlif sahələr üzrə qəbul olunan qərarlar dünyəvi xarakter daşıyır. Bununla belə, Azərbaycan dünyəvi dövlət üçün ən münasib seçim hesab olunan müsbət dünyəvilik və ya pozitiv sekulyarizm modelini təcrübədə tətbiq edən ölkələrdən biridir. Bu o deməkdir ki, dövlət din sahəsinə qayğı və dəstək göstərir və bu siyasət tolerantlıq və multikulturalizmin tərkib hissəsi kimi həyata keçirilir”-deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv