YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tatarıstan Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir

İqtisadiyyat, mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişafına dair razılıq əldə edilməsi məqsədilə Tatarıstan Prezidenti Rüstəm Minnixanov Azərbaycan və Türkmənistana işgüzar səfərlər həyata keçirməyi planlaşdırır. Bu barədə Kazan Kremlinin rəsmi nümayəndəsi Liliya Qalimova respublika rəhbərinin Rusiya Federasiyasının xaricdəki ticarət nümayəndələri ilə görüşünün yekunlarını şərh edərkən məlumat verib.

Həmin görüşdə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Rüstəm Minnixanova maşınqayırma sahəsində Tatarıstanla birgə müəssisələrin yaradılması imkanları barədə məlumat verib. Qalimova əlavə edib: “Hazırda Tatarıstanın Azərbaycanla əmtəə dövriyyəsi 58 milyon dollardır. Bu, çox azdır. Bizim qarşılıqlı münasibətlərimizin ən yaxşı vaxtlarında bu göstərici 200 milyon dollara çatırdı. Tatarıstan Respublikası Prezidentinin Bakıya səfəri zamanı əməkdaşlığın inkişafı məsələlərinin müzakirə edilməsi barədə razılığa gəldik. Səfər oktyabrın ikinci yarısına nəzərdə tutulub”.