YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rüfət Məmmədov: Dövlətimiz Gürcüstanda “Azərbaycan Ticarət Evi”nin açılması layihəsini dəstəkləməyə hazırdır

Azərbaycan dövləti xarici iqtisadi əlaqələrin daha da genişləndirilməsi ilə bağlı bir sıra layihələri nəzərdən keçirir. Bu layihələrdən biri də xarici ölkələrdə “Azərbaycan Ticarət Evi”nin yaradılmasıdır. Azərbaycan dövləti Gürcüstanda, eləcə də digər ölkələrdə “Azərbaycan Ticarət Evi”nin açılmasına dəstək verməyə hazırdır.

Bu sözləri jurnalistlərə müsahibəsində İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

Onun sözlərinə görə, Gürcüstanda belə bir evin açılmasına özəl sektor təşəbbüs göstərməlidir. Əgər belə bir təşəbbüs olsa Azərbaycan hökuməti onu dəstəkləməyə hazırdır.

R.Məmmədov deyib ki, Gürcüstan bazarında Azərbaycan biznesi çox geniş təmsil olunub. Azərbaycan şirkətləri Gürcüstanda kifayət qədər fəaldırlar. Azərbaycan investorları üçün Gürcüstan bazarı çox maraqlıdır. Gürcüstan ixracatçıları da Azərbaycan bazarına böyük maraq göstərirlər.

“Azərbaycan Gürcüstan ilə ticari-iqtisadi əlaqələrini daha da genişləndirməyə maraqlıdır. Bu məqsədlə gürcü tərəfdaşlarla bu istiqamətdə işlər aparılır”, - deyə nazir müavini vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv